Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 20 May

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 20 May
# 20 may 2016 18:15 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Türkiyədə yeni dönəm başladı. Artıq millət vəkilləri cinayət məsuliyyətinə cəlb oluna, azadlıqdan məhrum edilə biləcəklər. Artıq 138 millət vəkilini bu perspektiv gözləyir. Toxunulmazlıq hüququ ləğv edildikdən sonra bu rəqəmin iki dəfə artacağı istisna deyil. Bu, isə parlament xaosu demək olacaq. Millət vəkillərinin toxunulmazlıq hüququndan məhrum edilməsi məsələsi həmişə Türkiyənin gündəmində olub. 17 dekabr hadisələrindən sonra bu məsələ aktuallaşan zaman AKP israrla toxunulmazlığın ləğvinə qarşı çıxıb. İndi isə qanun layihəsinin baş memarı elə AKP özüdür. Hədəf ilk növbədə HDP millət vəkilləridir. Terrora qarşı mübarizə çərçivəsində PKK ilə əlaqəsi olan millət vəkillərinin həbs edilməsi prezident Ərdoğana seçicilərin gözündə əlavə xal qazandıracaq. AKP özəlliklə milliyyətçi elektoratın bir hissəsini özünə tərəf çəkə biləcək. Bu isə hakim partiyaya növbədənkənar seçkilərdə çox lazımdır. Növbədənkənar seçkilər isə qaçılmazdır, parlament xaosunun aradan qaldırılması üçün seçkilərdən başqa yol yoxdur.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR