Yevlaxda ev yanıb

Yevlaxda ev yanıb
# 09 may 2016 16:36 (UTC +04:00)

Bakı-APA. Bu gün Yevlax rayonu, Yuxarı Qarxun kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ev yanıb.

AP-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 48 kv.m olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 24 kv.m sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR