"DəmirBank"ın dollar əmanətləri üzrə keçirdiyi kampaniyanın bitməsinə bir həftə qalıb

"DəmirBank"ın dollar əmanətləri üzrə keçirdiyi kampaniyanın bitməsinə bir həftə qalıb
# 03 may 2016 10:28 (UTC +04:00)

Bakı - APA-Economics. "DəmirBank"ın dollar əmanətləri üzrə həyata keçirdiyi kampaniyanın bitməsinə bir həftə qalıb.

Bankdan "APA-Economics"ə verilən məlumata görə, kampaniya "çərçivəsində DəmirBank"ın istənilən filialına yaxınlaşaraq dollarla əmanət yerləşdirmiş müştərilərə illik 7%-lə yanaşı, yatırılan əmanət məbləğinin 2%-dək hissəsi hədiyyə olaraq plastik kartda hədiyyə verilir. Əmanət 1 ay və ya 12 aylıq müddətə yerləşdirilməyindən asılı olmayaraq illik 7% gəlir gətirir.

Kampaniya əmanətlərin sığortalanması fondu tərəfindən müəyyən edilmiş faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlərə də şamil olunur. Faiz gəlirlərini müştərinin istəyinə əsasən aylıq, rüblük və ya müddətin sonunda əldə etmək mümkündür.

Kampaniya barədə qısa və maraqlı animasiya çarxını nəzərinizə çatdırırıq:

https://www.youtube.com/watch?v=NXRkbpodr0M

Qeyd olunmuş kampaniya 10 may 2016-cı il tarixinədək davam edir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Bankla əlaqə saxlamaq üçün:

Məlumat Mərkəzi: (012) 149

http://www.demirbank.az/

www.facebook.com/demirbank.az

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR