"Unibank"ın istiqrazlarının tədavül müddəti uzadılıb

"Unibank"ın istiqrazlarının tədavül müddəti uzadılıb
# 12 may 2016 13:58 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Unibank” KB ASC-nin istiqrazlarının tədavül müddətinin uzadılması ilə əlaqədar bankın İdarə Heyətinin 04 aprel 2016-cı il tarixli Qərarına əsasən 11 mart 2011-ci il tarixdə AZ2007002028 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış istiqrazların tədavül müddəti 16 may 2016-cı il tarixinə qədər uzadılıb.


Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, bununla əlaqədar, sözügedən istiqrazların emissiya prospektinin “B” bölməsinin 1.4-cü, 1.12-ci və 1.13cü bəndlərinə və emissiya prospektinin A cədvəlinə dəyişikliklər edilib və həmin dəyişikliklər Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən nəzərə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR