Bakıda polis əməkdaşının idarə etdiyi avtomobil maneəyə çırpılıb

Bakıda polis əməkdaşının idarə etdiyi avtomobil maneəyə çırpılıb
# 12 may 2016 09:02 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda polis əməkdaşı yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.

Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Ceyhun Hacıbəyli küçəsi 45 ünvanının qarşısında qeydə alınıb. Nəsimi rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı, polis serjantı, 1991-ci il təvəllüdlü Əli Adıgözəl oğlu Heydərov idarə etdiyi “VAZ-21154” markalı, 90 RB 215 dövlət nömrə nişanlı avtomobili maneəyə çırpıb. Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR