Azərbaycan və Ermənistan prezidentləri arasında görüş başa çatıb - YENİLƏNİB

Azərbaycan və Ermənistan prezidentləri arasında görüş başa çatıb - <span style="color: red;">YENİLƏNİB
# 16 may 2016 22:45 (UTC +04:00)

Bakı-APA. Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında görüş başa çatıb.

APA-nın məlumatına görə, danışıqlarda ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov və Pyer Andriyo, həmçinin Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro, ABŞ-ın dövlət katibi Con Kerri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və Fransa Respublikasının Avropa məsələləri üzrə dövlət katibi Harlem Dezir iştirak edib.

***

23:02

Bakı-APA. Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü başlayıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, danışıqlar ATƏT-in Minsk qrupu ölkələrinin iştirakı ilə keçirilir.

Həmsədr ölkələri Rusiya və Fransanın XİN rəhbərləri Sergey Lavrov və Jan-Mark Eyro, həmçinin ABŞ dövlət katibi Con Kerri təmsil edir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR