Obama Rusiyanı nüvə silahsızlaşdırılmasında kifayət qədər maraqlı olmamaqda ittiham edib

Obama Rusiyanı nüvə silahsızlaşdırılmasında kifayət qədər maraqlı olmamaqda ittiham edib
# 22 may 2016 05:56 (UTC +04:00)

Bakı-APA. Rusiya nüvə silahsızlaşdırılmasında maraqlı olduğunu kifayət qədər nümayiş etdirmir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Yaponiyaya səfəri ərəfəsində NHK telekanalına müsahibəsində ABŞ prezidenti Barak Obama deyib. Qeyd edək ki, 26-27 may tarixlərində Tokioda “Böyük Yeddilik” sammiti keçiriləcək.

ABŞ prezidenti xatırladıb ki, hakimiyyətdə olduğu dövrdə Moskva ilə hücum silahlarının azaldılması haqqında (HSA-3) yeni sazişin imzalanmasına müvəffəq olub. Onun sözlərinə görə, bu saziş hər iki dövlətin nüvə potensialının azaldılmasına imkan yaradıb.

“Düşünürəm ki, biz daha irəli (nüvə silahlarının azaldılmasında – red.) gedə bilərik. Lakin Rusiya bu məsələdə daha böyük iş görməkdə maraqlı olduğunu nümayiş etdirməyib”, - deyə Obama qeyd edib.

ABŞ prezidenti 1945-ci ildə Xirosimaya endirilən nüvə zərbəsinə görə üzr istəmək fikrində olmadığını bildirib.

“Hər bir rəhbər, xüsusilə, müharibə dövründə, çox çətin qərarlar verir”, - deyə Obama qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR