Adam bıçaqlayan şəxsə hökm oxunub

Adam bıçaqlayan şəxsə hökm oxunub
# 12 may 2016 11:50 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Xəyal Talıbzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə X. Talıbzadə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il oktyabrın 5-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindən qəsəbə sakini Abbas Muradov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Qaradağ rayon Polis İdarəsi 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Xəyal Talıbzadə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR