İranda parlament seçkilərinin ikinci raundunda İslahatçılar qələbə qazanıb

İranda parlament seçkilərinin ikinci raundunda İslahatçılar qələbə qazanıb
# 30 aprel 2016 12:54 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İranda keçirilən parlament seçkilərinin ikinci raundunda prezident Həsən Ruhanini dəstəkləyən İslahatçılar düşərgəsinə yaxın “Ümid” koalisiyası qələbə qazanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bundan öncə koalisiyanın namizədləri sabiq prezident, islahatçı Məhəmməd Xatəminin müavini Məhəmmədrza Arifin liderliyi ilə Tehranda parlamentdə yerlərin əsas hissəsinə sahib olublar. Bu koalisiya seçkilərin ikinci raundunda ölkənin digər şəhərlərində də namizədlərinin qələbəsi üçün var gücü ilə çalışıb.


İslahatçılar düşərgəsinin hədəfi ölkə parlamentində spikerlik kürsüsünün əldə etməkdir. Bu kürsü uğrunda əsas rəqiblər hazırkı spiker Əli Laricani və Məhəmmədrza Arifdir.

Qeyd edək ki, İranda parlament seçkilərinin ikinci raundu ölkənin 21 əyalətində parlamentdəki 68 kürsü uğrunda ötən gün keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR