Qubada itkin düşən məktəbli qızın intihar etdiyi məlum olub

Qubada itkin düşən məktəbli qızın intihar etdiyi məlum olub
# 26 aprel 2016 09:27 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Qubada itkin düşən məktəblinin intihar etdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 19-da itkin düşmüş Quba rayon sakini Güldanə Tağıyevanın həmin gün Samur-Dəvəçi kanalının Barlı kəndinin ərazisindən keçən hissəsində özünü kanala atması müəyyən edilib.

Onun meyitinin sudan çıxarılması üçün tədbirlər görülür.

Qeyd edək ki, 15 yaşlı G. Tağıyeva orta məktəb şagirdidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR