Salyanda polis adından istifadə edərək 16 yaşlı oğlanın xeyli miqdarda pulunu alan şəxslər tutulub

Salyanda polis adından istifadə edərək 16 yaşlı oğlanın xeyli miqdarda pulunu alan şəxslər tutulub
# 04 may 2016 09:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Salyanda polis adından istifadə edib dələduzluq edən şəxslər tutulub.

Salyan Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, özlərini polis əməkdaşı kimi təqdim edən 2 nəfər rayonun Aşağı Kürkənd kənd sakini, 2000-ci il təvəllüdlü Asiman Bəhramovu həbs edəcəyi ilə hədələyib ondan 15 000 manat alıb.

Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Salyan rayon sakinləri Kamran Qasımov və Vaqif İlyasov tutulublar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR