"Aqrolizinq" I rübdə fermerlərə 400 ədəd texnika verib

"Aqrolizinq" I rübdə fermerlərə 400 ədəd texnika verib
# 02 may 2016 14:21 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “Aqrolizinq” ASC tərəfindən 2016-cı ilin yanvar-mart ayları ərzində 400 ədəd kənd təsərrüfatı texnikası güzəştli lizinq şərti ilə 279 hüquqi və fiziki şəxslərə verilib. Bu barədə “APA-Economics”ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, lizinqlə verilən texnikanın 19-u taxılyığan kombayn, 176-nı traktor, 2-ni ekskavator, 203-ü isə digər texnikalar təşkil edib.

Qeyd edək ki, 2005-ci ildən 2016-cı ilin I rübünədək ümumilikdə 18 490 kənd təsərrüfatı texnikası güzəştli lizinq şərti ilə hüquqi və fiziki şəxslərə verilib. Belə ki, hesabat dövründə 742 taxılyığan kombayn, 6 481 traktor, 132 ekskavator, 11 135 digər texnika növləri lizinq şərti ilə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR