“Aztelekom” MMC-nin rəhbərliyində kadr dəyişikliyi olub

“Aztelekom” MMC-nin rəhbərliyində kadr dəyişikliyi olub
# 27 aprel 2016 16:45 (UTC +04:00)

Bakı.APA-Economics. “Aztelekom” MMC-nin rəhbərliyində kadr dəyişikliyi baş verib.

APA-Economics”in əldə etdiyi məlumata görə, MMC-nin maliyyə şöbəsinin müdiri Faiq Cəfərov, baş direktorun müşaviri Kərim Rəhimov və “Aztelekom” MMC-nin baş mühasib vəzifəsini müvəqqəti icra edən Aslan Məcidov tutduqları vəzifədən azad olunublar.

“Aztelekom” MMC-dən “APA-Economics”ə faktı təsdiqləyiblər.

Qeyd edək ki, “Aztelekom” MMC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR