Bakı-Qazax magistral yolunda avtomobil qəzası baş verib, sürücü yaralanıb

Bakı-Qazax magistral yolunda avtomobil qəzası baş verib, sürücü yaralanıb
# 23 aprel 2016 21:38 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Bakı-Qazax magistral yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə magistral yolun Şəmkir rayonu Dəllər qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Gədəbəy rayon Qaradağ kənd sakini 1960-cı il təvəllüdlü Valeh Göyərçin oğlu Hüseynov idarə etdiyi “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yol ayırıcı üçün nəzərdə tutulan səkiyə çırpıb. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan sürücü Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR