Elmar Məmmədyarov Brüneyin xarici işlər və ticarət naziri ilə görüşüb

Elmar Məmmədyarov Brüneyin xarici işlər və ticarət naziri ilə görüşüb
# 26 aprel 2016 15:04 (UTC +04:00)

Bakı-APA. Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Brüney Krallığının xarici işlər naziri və ticarət naziri Cok Senq Lim ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun əhəmiyyəti qeyd olunub. Nazir Cok Senq Lim tədbirdə iştirak edən Brüney nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə və Forumun yüksək səviyyədə təşkil edilməsinə görə təşəkkürünü ifadə edib.

Azərbaycan və Brüneyin beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq etdiyi qeyd olunub.

Tərəflər enerji sahəsində əməkdaşlıq məsələləri barəsində fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR