Maldiv Respublikası İranla diplomatik münasibətləri kəsib

Maldiv Respublikası İranla diplomatik münasibətləri kəsib
# 18 may 2016 02:43 (UTC +04:00)

Bakı-APA. Maldiv Respublikası hökuməti İranla 40 illik diplomatik münasibətləri kəsdiyini bəyan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Maldiv Respublikası bu qərarını İranın Yaxın Şərqdə apardığı siyasətinin bölgədə sülh və təhlükəsizliyə zərərli təsir etməsi ilə əsaslandırıb.

“Assoşieyted Press” qeyd edir ki, 341 min nəfər əhalisi olan Maldiv Respublikasının bu qərarı İranın çoxdankı rəqibi - Səudiyyə Ərəbistanı ilə sıx əlaqələrini əks etdirir. Səudiyyə Ərəbistanı ötən il Maldiv Respublikasında səfirlik açaraq, yerli hökumətə böyük məbləğdə pul subsidiyaları ayırıb və investisiya sazişlərinə dair danışıqlar aparmağa başlayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR