Şəkidə yaşayış evini ildırım vurub

Şəkidə yaşayış evini ildırım vurub
# 01 iyun 2016 07:06 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə fərdi yaşayış evini ildırım vurub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna bildirilib ki, bu gün saat 03.00 radələrində rayonun Cəyirli kəndində Nailə Məmmədovaya məxsus ümumi sahəsi 30 kv/m olan birmərtəbəli 2 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə FHN-nin Şəki rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə bitlikdə yanıb.

İlkin ehtimala görə, yanğına evə ildırım düşməsi səbəb olub. Hadisə zamanı evdə heç kim olmadığından xəsarət alan olmayıb. Faktla bağlı FHN-nin Şəki rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR