Mingəçevir-Bəhrəmtəpə yolu yenidən qurulur

Mingəçevir-Bəhrəmtəpə yolu yenidən qurulur
# 27 aprel 2016 08:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azəravtoyol” ASC tərəfindən Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun yenidən qurulmasına işlərinə başlanılıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, ilkin mərhələdə 154 kilometr uzunluğunda olan Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri – Mingəçevir dəmiryolu stansiyası arasındakı olan hissəsinin 3-cü texniki dərəcədən 2-ci texniki dərəcəyə uyğun yenidən qurulması işləri aparılır. Sözügedən hissənin uzunluğu 16,5 kilometrdir.

Layihəyə uyğun olaraq yol 2 hərəkət zolağından ibarət olacaq. Hazırda mövcud yol yatağının eni tikinti işləri çərçivəsində 12 metrdən 15 metrə qədər genişləndiriləcək, hərəkət hissəsinin eni 7,5 metr, hər iki istiqamət üzrə çiyinlərin eni isə 3,75 metr olacaq. Hazırda Mingəçevir şəhəri - Mingəçevir dəmiryolu stansiyası arasında olan hissədə torpaq işləri görülür, yol yatağının və yol əsasının tikintisi aparılır.

Yol geyimi konstruksiyasının qalınlığı 72 santimetr olacaq. Bura 30 sm əsasın alt layı, 15 sm əsasın qırmadaş layı, 14 sm əsasın üst layı, 8 sm əlaqələndirici lay və 5 sm aşınma layı daxildir. Sözügedən hissədə Kürəkçay üzərində 1 aşırımlı, 18 paqonmetr uzunluğunda körpünün, 26 ədəd dairəvi borunun, 1 ədəd alt keçidin və 7 ədəd düzbucaqlı keçidin tikintisi də aparılacaq.

Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun Mingəçevir şəhəri - Mingəçevir dəmiryolu stansiyası arasındakı olan hissəsinin yenidən qurulması ilə vətəndaşların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat və maneəsiz şəkildə gediş-gəlişi təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR