“Parabank”da əhalinin əmanətləri 2,4 dəfə artıb

“Parabank”da əhalinin əmanətləri 2,4 dəfə artıb
# 26 aprel 2016 09:25 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Parabank”ASC-nin aktivlərinin həcmi 2016-cı ilin I rübündə 193,631 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,81% çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 29,5% artaraq 164,088 mln. manat olub.

2016-cı ilin aprel ayının 1-nə bankın istehlak kreditlərinin həcmi 45,870 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin eyni dövrünə olan göstəriciyə nisbətən 13,26% çoxdur.

Bankın kredit portfelinin strukturunda vaxtı keçmiş kreditlərin həcmi hesabat dövrü ərzində təxminən 3,05 dəfə artaraq 42,504 mln. manata çatıb.

Bankın depozit portfeli hesabat dövrü ərzində 17,1% artaraq 100,853 mln. manata çatıb. Əhalinin əmanətlərinin həcmi isə 99,599 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,45 dəfə çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 3,59% azalaraq 52,870 mln. manat olub, nizamnamə kapitalı 1,09% azalaraq 37 mln. 323 min manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 12,22% artaraq 8,172 mln. manat, xərcləri isə 16,74% artaraq 6,354 mln. manat təşkil edib.

Cari ilin uç ayı ərzində bankın əldə etdiyi mənfəət 1,818 mln. manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 16 filialı, 16 bankomatı, 192 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR