Somalidə “Əş-Şəbab” terror qruplaşmasının liderlərindən biri məhv edilib

Somalidə “Əş-Şəbab” terror qruplaşmasının liderlərindən biri məhv edilib
# 22 may 2016 03:33 (UTC +04:00)

Bakı-APA. Somali ordusu “Əş-Şəbab” terror qruplaşmasının liderlərindən azı birini məhv edib.

APA-nın “Sinhua”ya istinadən verdiyi xəbərə görə, qruplaşmanın daha bir komandiri sağ ələ keçirilib, hazırda o hərbçilər tərəfindən dindirilir.

Əməliyyat zamanı hərbçilər arasında itki qeydə alınmayıb.

Ötən həftə ABŞ pilotsuz təyyarəsinin zərbəsi nəticəsində 5 silahlı məhv edilmişdi.

Bundan əvvəl, apreldə isə Somalidə “Əş-Şəbab” terror qruplaşmasının mətbuat katibi edam edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR