Bakıda avtomobil dəmir arakəsmələrə çırpılıb, iki nəfər xəsarət alıb

Bakıda avtomobil dəmir arakəsmələrə çırpılıb, iki nəfər xəsarət alıb
# 24 may 2016 11:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, Bakı Dairəvi yolunda hərəkət edən “Hyundai İX 35” markalı, 90 ME 757 dövlət nömrə nişanlı avtomobil yolun kənarında olan dəmir arakəsmələrə çırpılıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin xəsarət alıb. Hadisə nəticəsində avtomobilə ziyan dəyib.

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR