Avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan halların sayı artırılıb

Avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan halların sayı artırılıb
# 01 may 2016 02:34 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Piyada zolağında hərəkətin svetoforla nizamlanması və avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan hallar”da dəyişiklik edib.

APA-nı məlumatına görə, dəyişiklik avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan hallarla bağlıdır.

İndiyə qədər avtomobil yollarında yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacib olan hallara hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə hərəkət sürətinin azaldılması nəticəsində yolun buraxılma qabiliyyətinin azalmasına və nəqliyyat vasitələrinin hərəkətinin ləngimələrinə səbəb olan hallar və piyada axınının avtomobil yolu ilə kəsişməsinin eyni səviyyədə təşkili ərazinin relyef xüsusiyyətləri, görünmə məsafəsinin məhdud olması səbəbindən yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi mümkün olmadığı hallar daxil olub. Dəyişikliyə əsasən bu halların sayı artırılıb. Beləliklə, avtomobil yollarında piyada keçidləri təhsil, səhiyyə, iri ticarət (xidmət, istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır və piyada zolağında hərəkətin svetoforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək. İkincisi, avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcıları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır. Üçüncüsü, digər avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkət şiddəti 300 avtomobil/saatdan, piyadaların hərəkət şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda yerüstü və ya yeraltı keçidlərin tikilməsi vacibdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR