Zaqatalada və İmişlidə yanğın olub

Zaqatalada və İmişlidə yanğın olub
# 09 may 2016 03:21 (UTC +04:00)

Bakı-APA. Zaqatalada və İmişlidə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Zaqatala şəhərində vətəndaşa məxsus həyətyanı sahədə, ümumi sahəsi 16 kv.m olan hamamın dam örtüyünün yanar konstruksiyaları 8 kv.m sahədə yanıb. Hamamın qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 03:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İmişli rayonu, Bəcirəvan kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 kv.m sahədə və həyətyanı sahəyə yığılmış 3 ton ot tayasının 1 tonu yanıb. Evin və ot tayasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR