Qriqori Karasin: “Rusiya Azərbaycanın beynəlxalq məsələlərdə müstəqil kurs yeritməsini alqışlayır” - FOTOSESSİYA

Qriqori Karasin: “Rusiya Azərbaycanın beynəlxalq məsələlərdə müstəqil kurs yeritməsini alqışlayır” - <span style="color: red;">FOTOSESSİYA
# 29 may 2015 11:02 (UTC +04:00)

Moskvada 28 May-Respublika Günü münasibətilə təntənəli mərasim keçirilib

Moskva. Fərid Əkbərov - APA. Moskvada 28 May - Respublika Günü münasibətilə təntənəli mərasim keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən təşkil olunan mərasimdə xarici ölkələrin Moskvada akkreditə olmuş səfirləri, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin, Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Dövlət Dumasının deputatları, universitet rektorları və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən danışıb: "97 il öncə Azərbaycan dövlətçiliyinin əsasları qoyulub, Şərqdə ilk demokratik respublika yaradılıb”.

Azərbaycan-Rusiya münasibətlərindən danışan diplomat bildirib ki, Rusiya ilə dostluq, qonşuluq və strateji tərəfdaşlıq münasibətləri Azərbaycan üçün önəmlidir və bu, ölkəmizin xarici siyasətinin prioritetini təşkil edir.

Azərbaycanın I Avropa Oyunlarına hazırlığı barədə məlumat verən səfir bütün idmançılara uğurlar arzulayıb.

Rusiya xarici işlər nazirinin müavini Qriqoriy Karasin isə çıxışında Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, Azərbaycan və Rusiya xalqlarının tarixi və mədəniyyət ənənələri bir-birinə möhkəm bağlıdır: “Rusiya Azərbaycanın beynəlxalq məsələlərdə müstəqil kurs yeritməsini alqışlayır”.

Tədbir çərçivəsində Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) təsis etdiyi və hər il keçirilən Heydər Əliyev adına mükafatının sahibləri də açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR