Binəqədidə mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub

Binəqədidə mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub
# 17 dekabr 2014 17:54 (UTC +04:00)

Bakı – APA. Bakının Binəqədi rayonunda 1 azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin giriş qapısını açaraq uşağı xilas edib və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 19:00-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR