Rusiyada yoxsulluq içində yaşayan əhalinin sayı 22 milyon nəfərə çatıb

Rusiyada yoxsulluq içində yaşayan əhalinin sayı 22 milyon nəfərə çatıb
# 14 iyul 2015 17:53 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiyada 22 milyon nəfər yoxsulluq içində yaşayır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya baş nazirinin müavini Olqа Qolodets bildirib. Onun sözlərinə görə, yoxsulluq içində yaşayan əhalinin sayı 22 milyon nəfərə çatıb: "Bu rəqəm kritik səviyyədir".

Rusiya Federal Statistika Xidmətinin hesabatında ölkədə yoxsulluq həddində yaşayan əhalinin sayı keçən illə müqayisədə 3,1 milyon nəfər artaraq 21,9 milyon nəfərə yüksəlib. Yoxsul əhalinin sayının artmasında inflyasiya rəqəmlərinin artması və gəlirlərin azalması da rol oynayıb.

Qeyd edək ki, Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin ölkədə ikinci bir iqtisadi böhran dalğasının gözlənilmədiyini, ölkə iqtisadiyyatının 2016-cın ilik birinci yarısından etibarən böyüməyə başlayacağını söyləyib. А.Kudrinin sözlərinə görə, neftin qiyməti yenidən 40 dollar səviyyəsinə ensə, o zaman çətinliklər yaşana bilər. Sabiq nazir Rusiya ilə Qərb ölkələri arasında təzyiqin yenidən yüksəlməsinin ölkə iqtisadiyyatı üzərində mənfi təsir yaradacağı xəbərdarlığını da edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR