Azərbaycanda “Fresko” marketlər şəbəkəsi barəsində iş qaldırılıb

Azərbaycanda “Fresko” marketlər şəbəkəsi barəsində iş qaldırılıb
# 29 oktyabr 2014 12:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı yayımlanan “Fresko” marketlər şəbəkəsinin reklamında istehlakçıların çaşdırılmasına səbəb olan qeyri-dəqiqlik əlamətləri aşkar edilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bu marketlərdə satılan məhsulların digər marketlərdə satılan məhsullardan üstünlüyü fikrini yaradan “Fresko” market - ən yaxşısı sizin üçün” məzmunlu ifadədən istifadə edildiyi müəyyən edilib.

Bununla əlaqədar “Fresko” marketlər şəbəkəsinin məxsus olduğu “Azəri Retail” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Araşdırmalar davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR