Azərbaycan Milli İncəsənət Muzeyində Tamara Kvesitadzenin fərdi sərgisi keçiriləcək

Azərbaycan Milli İncəsənət Muzeyində Tamara Kvesitadzenin fərdi sərgisi keçiriləcək
# 16 aprel 2015 14:21 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Kukla” art qalereyasının iki yaşı münasibətilə aprelin 17-də Azərbaycan Milli İncəsənət Muzeyində tanınmış gürcü heykəltəraşı və rəssamı Tamara Kvesitadzenin fərdi sərgisi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, fərdi sərgi aprelin 30-dək davam edəcək.

“Kukla” art qalereyasının ekspozisiyasında Azərbaycandan Elmira Abbaslı, Pərviz Hüseynov və İrina Qundorina kimi kukla ustalarının əl işləri yer alıb.

Kukla sənətinin xarici məktəbləri (Rusiya, Ukrayna, İtaliya, Fransa) art-qalereyanın kolleksiyasında müxtəlif janrlarda işləyən tanınmış müəlliflərin işləri ilə təmsil olunur.

Qeyd edək ki, rəssam 1968-ci ildə Tbilisidə anadan olub. Əsərləri Almaniya, Fransa və digər ölkələrdə müxtəlif beynəlxalq sərgilərdə, Venesiya biennalesində, Nyu-Yorkda CMF qalereyasında nümayiş etdirilib. T. Kvesitadzenin ən məşhur əl işlərindən biri Qurban Səidin “Əli və Nino” əsərinin qəhrəmanlarına həsr etdiyi “Məhəbbət” heykəli Batumidə ucaldılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR