Azəryolservis: “Böyükşor qovşağından Heydər Əliyev mərkəzinin qarşısına qədər olan hissədə asfalt-beton işləri tamamilə yekunlaşıb” - FOTOSESSİYA - VİDEO

Azəryolservis: “Böyükşor qovşağından Heydər Əliyev mərkəzinin qarşısına qədər olan hissədə asfalt-beton işləri tamamilə yekunlaşıb” - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 14 aprel 2015 15:15 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev mərkəzinin qarşısına qədər olan hissəsində asfalt-beton işləri tamamilə yekunlaşıb”.

Bunu “APA-Economics”ə açıqlamasında Nəqliyyat Nazirliyi “Azəyolservis” ASC-nin mətbuat katibliyinin rəisi Pünhan Mürsəliyev bildirib.

P.Mürsəliyevin sözlərinə görə, qeyd olun yolun hərəkət hissəsinin üfüqi nişanlanması işləri də yerinə yetirilib.

“Heydər Əliyev mərkəzinin qarşısından Böyükşor qovşağına qədər, (gediş hissəsi – red.) şəhərdən Böyükşor qovşağı istiqamətinə olan hissədə təmir işlərinə başlanılıb. Hal-hazırda Bağırov körpüsünün ətrafında yeni yağış kanalizasiya sisteminin quraşdırılması və yeni yağış barmaqlıqlarının qoyulması işləri, ayrıcı zolaqda tamet daşlarının düzülməsi, yolun frezlənməsi işləri həyata keçirilir”, - deyə qurum rəsmisi bildirib.

P.Mürsəliyev əlavə edib ki, təxminən 2 km məsafədə yolun frez mexanizmi vasitəsilə köhnə asfalt-beton örtüyü qaşınıb və sabahdan etibarən yeni asfalt-beton örtüyünün döşənilməsi işlərinə başlanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR