Rövnəq Abdullayev: "SOCAR Misirin zavodlarında, emal prosesində iştirak edə bilər"

Rövnəq Abdullayev: "SOCAR Misirin zavodlarında, emal prosesində iştirak edə bilər"
# 10 noyabr 2015 09:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR prezidenti Rövnəq Abdullayev Misirə səfəri çərçivəsində keçirdiyi bir sıra rəsmi görüşlərin detallarını açıqlayıb.

"APA-Economics"in məlumatına görə, bunu SOCAR prezidenti qeyd edib ki, Misirlə Azərbaycanın əməkdaşlığı artıq daha yüksək səviyyəyə çıxıb: "Bildiyiniz kimi, bizim baş nazir İsmayıl Şərif və digər rəsmi şəxslərlə görüşlərimiz olub. Misir bazarı böyük bazardır. Biz bir neçə ildir ki, bu ölkəni xam neft və neft məhsulları ilə təmin edirik. Artıq 1 milyon tondan çox məhsul göndərilib. Əməkdaşlığımız daha yüksək səviyyəyə çıxıb. Daha böyük layihələr müzakirə olunub. Keçirdiyimiz görüşlər zamanı Misir zavodlarında, o cümlədən emal prosesində bizim iştirakımız müzakirə olunub. Bundan başqa, tollinq payların alınması da müzakirə olunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR