Bakıda Azərbaycan-İtaliya işgüzar görüşü keçirilib - FOTOSESSİYA

Bakıda Azərbaycan-İtaliya işgüzar görüşü keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 15 aprel 2015 09:05 (UTC +04:00)

APA-Economics” xəbər verir ki, görüşdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İtaliya və Azərbaycan arasında olan ikitərəfli əməkdaşlıq əlaqələrindən danışıb və bildirib ki, 2014-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 5 mlrd. dollardan artıq olub.

Nazir vurğulayıb ki, Azərbaycanda 66 İtaliya sərmayəli şirkət fəaliyyət göstərir.

“Azərbaycanda fəaliyyət göstərən İtaliya şirkətləri Azərbaycan iqtisadiyyatına 482 milyon dollar investisiya yatırıb. Bunlardan 374 milyon dolları neft sektoruna, 108 milyon dolları isə qeyri-neft sektoruna yatırılıb”, - deyə Ş. Mustafayev bildirib.

Nazir əlavə edib ki, İtaliya şirkətləri Azərbaycanda ümumi dəyəri 810 mln. dollar olan 8 layihədə podratçı qismində çıxış edir.

İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi İtaliya-Azərbaycan əlaqələrinə toxunaraq bildirib ki, İtaliya Azərbaycandan ən çox neft-qaz məhsulları idxal edir.

“Azərbaycanda təkcə iri italyan şirkətləri deyil, o cümlədən orta və kiçik tipli müəssisələr də sənaye sahəsində əməkdaşlıq edir. Prezident İlham Əliyevlə görüşümüz zamanı ölkə başçısı mənə Azərbaycanın kənd təsərrüfatı sektoruna investisiya yatırmaq üçün böyük imkanların olduğunu bildirdi. Bundan başqa, biz enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etməyə hazırıq. Bank sahəsində, çirkli ərazilərin təmizlənməsi və sair sahələrdə də əməkdaşlıq etməyi düşünürük və ümid edirik ki, İtaliya şirkətləri bu sahələrdə Azərbaycana öz köməkliyini göstərə bilər”, - deyə F. Quidi bildirib.

Hal-hazırda Rusiya bazarında olan İtaliyan şirkətlərinə böyük ziyan dəydiyini bildirən italyan nazir qeyd edib ki, Azərbaycana alternativ bazar kimi baxıla bilər.

Tədbirin sonunda Azərbaycanın “SOCAR Polymer” və İtaliyanın “Maire Tecnimont” şirkətləri arasında 350 mln. avro dəyərində Anlaşma Memorandumu imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR