AÇG yataqlar blokunda yeni quyu istismara verilib

AÇG yataqlar blokunda yeni quyu istismara verilib
# 31 avqust 2015 15:06 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu günlərdə “Günəşli” yatağındakı 14 nömrəli dərin dəniz özülündən 412 nömrəli quyu aparılmış geoloji tədbirdən sonra istismara verilib.

Azərbaycan Dövlət Neft Şirkətindən “APA-Economics”ə verilən məlumata görə, quyu məhsuldar qatın X horizontundan əlavə süzgəc açıldıqdan sonra qazlift üsulu ilə məhsul verib, 2 887-2 880 metr intervaldan sutkalıq 25 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR