İndoneziyada 5,5 bal gücündə zəlzələ baş verib

İndoneziyada 5,5 bal gücündə zəlzələ baş verib
# 30 avqust 2015 00:32 (UTC +04:00)

Bakı-APA. Avqustun 30-a keçən gecə İndoneziyanın şərqində 5,5 bal gücündə zəlzələ baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Nusa-Tenqara əyalətindən 268 km cənub-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Dağıntı və xəsarət alanlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR