Hindistan-Pakistan sərhədində silahlı insident baş verib: ölən və yaralananlar var

Hindistan-Pakistan sərhədində silahlı insident baş verib: ölən və yaralananlar var
# 15 avqust 2015 18:35 (UTC +04:00)

Bakı-APA. Hindistan-Pakistan sərhədində baş vermiş atışma nəticəsində azı 4 hərbçi həlak olub, 23 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Cammu və Kəşmir ştatındakı nəzarət zolağında baş verib.

İnsident nəticəsində Hindistan ərazisində 3 dinc sakin ölüb, 20 nəfər yaralanıb. Pakistan tərəfi 1 mülki şəxsin öldüyünü, 3 nəfərin xəsarət aldığını bildirir.

Tərəflər atəşkəsin pozulmasında bir-birilərini ittiham edirlər.

Qeyd edək ki, Hindistan-Pakistan sərhədində toqquşmaların sayı artmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR