Bank Of Baku

Şabranda 640 ha biçilmiş, Şamaxıda isə 30 ha biçilməmiş taxıl sahəsi yanıb

Şabranda 640 ha biçilmiş, Şamaxıda isə 30 ha biçilməmiş taxıl sahəsi yanıb
# 02 iyul 2018 03:21 (UTC +04:00)

Şabran və Şamaxıda yanğın olub. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Şabran rayonunda 640 ha biçilmiş taxıl sahəsi, 60 ha quru ot, kol-kos və 3 ton ot bağlaması yanıb. Yaxınlıqdakı meşə zolağı və tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. 

 

Şamaxı rayonunun Mədrəsə qəsəbəsində 30 ha biçilməmiş, 30 ha biçilmiş taxıl sahəsi və 15 ha quru ot yanıb. Digər əkin  sahələri və yaxınlıqda olan meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR