Bakı. Şəhriyar Əlizadə - APA. Xızı rayonunda narkotik xassəli bitki becərməkdə şübhəli bilinən şəxs saxlanılıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən Sitalçay kənd sakini Balağa Nəcəfova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 35 ədəd çətənə kolu aşkar edilərək götürülüb, B. Nəcəfov tutulub.
Faktla bağlı araşdırma aparılır.