Oqtay Əsədov Almaniya-Azərbaycan Forumu İdarə Heyəti sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Oqtay Əsədov Almaniya-Azərbaycan Forumu İdarə Heyəti sədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
# 02 sentyabr 2014 16:04 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Almaniya-Azərbaycan Forumunun İdarə Heyətinin sədri Hans-Eberhard Şlayerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Parlamentdən APA-ya verilən məlumata görə, görüşdə O. Əsədov bildirib ki, Almaniya-Azərbaycan Forumunun Azərbaycana səfərləri çox mühümdür.

Azərbaycan ilə Almaniya arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan sədr diqqətə çatdırıb ki, Avropa İttifaqına üzv ölkələr arasında Almaniya Azərbaycanın ən önəmli tərəfdaşlarından biridir: “Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2 milyard 179 milyon ABŞ dolları, bu ilin 6 ayı ərzində isə 1 milyard 243 milyon ABŞ dolları təşkil edib”. Spiker Avropanın ən inkişaf etmiş iqtisadiyyatına malik olan Almaniya ilə münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Hans-Eberhard Şlayer isə bildirib ki, Almaniya Cənubi Qafqaz ölkələri arasında Azərbaycanla əlaqələrin inkişafına xüsusi önəm verir: “Siyasi və iqtisadi sahələrdə əlaqələrimiz günbəgün inkişaf edir. Bu münasibətlərin dərinləşməsinə parlamentlər də mühüm töhfə verə bilərlər”. Görüşdə Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri xanım Karin Ştrents bildirib ki, bu gün Almaniya Bundestaqında Cənubi Qafqaz ölkələri ilə dostluq qrupu fəaliyyət göstərir: “Biz çalışacağıq ki, gələcəkdə Azərbaycanla ayrıca belə bir qrup yaradılsın”. Görüşdə regional münaqişələrin aradan qaldırılması barədə də geniş danışılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR