BFB-də Azərbaycanın ən iri banklarından birinin istiqrazları ilə repo əməliyyatları başlayıb

BFB-də Azərbaycanın ən iri banklarından birinin istiqrazları ilə repo əməliyyatları başlayıb
# 13 mart 2015 08:07 (UTC +04:00)

Bakı - APA-Economics. Martın 13-də Bakı Fond Birjasında (BFB) "AccessBank" və “Embawood” (ən iri mebel istehsalçısı) şirkətinin faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazları ilə repo əməliyyatları başlayıb.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, istiqrazlar üzrə təminat həcmi 40% təşkil edir.

Məlumata əsasən, investisiya qiymətli kağızları ilə birja üzvləri arasında repo əməliyyatlarının həyata keçirilməsinə 25 fevral 2014-cü il tarixində start verilib.

“Embawood” 2014-cü il avqustun 22-də 10 mln. manat məbləğində, “AccessBank” 2014-cü il dekabrın 29-da 12 mln. manat məbləğində istiqrazın yerləşdirilməsinə başlayıb.

Yerləşdirmənin anderrayteri “PAŞA Capital” MMC-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR