Hesablama Palatası “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də yoxlamaları başa çatdırıb

Hesablama Palatası “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də yoxlamaları başa çatdırıb
# 04 iyun 2015 09:13 (UTC +04:00)

APA-nın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsindən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə və Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutuna ayrılmış vəsaitlərin istifadəsinə, həmçinin İnstitut üzrə büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair audit tədbirlərinin nəticələri barədə hesabatlar müzakirə olunub.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin, İş planı ilə nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri üzrə audit proqramları təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR