“Qala Həyat” aktivlərini kəskin artırıb

“Qala Həyat” aktivlərini kəskin artırıb
# 07 aprel 2015 08:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvarın 1-ə “Qala Həyat” sığorta şirkətinin aktivləri 36 mln. 505 min 264,79 manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 18,931 mln. manat və ya 2,08 dəfə çoxdur.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə şirkətin məcmu kapitalının həcmində də artım qeydə alınıb. Belə ki, müqayisə olunan dövrdə şirkətin məcmu kapitalı 2,456 mln. manat və ya 32,08% artaraq 10 mln. 111 min 930,05 manat olub.

Bu dövrdə şirkətin öhdəlikləri 26 mln. 393 min 334,74 manat təşkil edib ki, bu da 2014-cü ilin yanvarın 1-ə nisbətən 2,66 dəfə çoxdur.

2014-cü ildə şirkətin cəmi gəlirləri 11 mln. 130 min 638,26 manat, cəmi xərcləri isə 7 mln. 918 min 753,86 manat təşkil edib.

Şirkət ötən ili 2 mln. 551 min 814,11 manatlıq xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR