“Bank Technique” “Cash-in” xidmətini təqdim edib

“Bank Technique” “Cash-in” xidmətini təqdim edib
# 10 oktyabr 2014 10:30 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “Bank Technique” müştərilərinə qabaqcıl xidmətlər təklif etmə ənənəsinə sadiq qalaraq, bu dəfə “Cash-in” xidmətini təqdim edib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Yeni xidmət müştərilərə “AzeriCard” prosesinq mərkəzində xidmət olunan bankların “Cash-in” funksiyalı bankomatlarından (hazırda “Azərbaycan Beynəlxalq Bankı” və “Bank Respublika”) istifadə edərək, kart balansını artırmağa imkan yaradır.

“Bank Technique” kartının balansını artırmaq üçün yuxarıda qeyd edilən bankların “Cash-in” funksiyalı bankomatlarına yaxınlaşaraq, “Cash to card” funksiyasını seçib, kartın nömrəsini daxil edib, nağd vəsaiti xüsusi slota daxil etmək lazımdır. Qeyd edək ki, xidmət pulsuzdur və əlavə komissiya tələb etmir.

Nağd vəsaiti Azərbaycan manatı, həmçinin dollarda olan kart hesablarına köçürmək mümkündür. Köçürülmüş vəsait dərhal kartın balansında əks edilir və həmin dəqiqə ondan istifadə etmək mümkündür. Bundan əlavə, kartın balansı digər şəxslər tərəfindən də artırıla bilər, çünki əməliyyat bank kartı olmadan da həyata keçirilir. Xüsusi qeyd etmək lazımdır ki, balansın artırılması 24x7 rejimində aparılır.

Yeni xidmət “Bank Technique” müştərilərinin rahatlığını təmin etməklə, Bankla müştəri arasında prosesslərin avtomatlaşdırılmasına, xidmət sürətinin artırılmasına, məsafəli bankçılığın inkişafına yardımçı olur.

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique”, 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique”, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda “Bank Technique”in 29 filial və 26 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR