Göygöldə yük maşını yanıb

Göygöldə yük maşını yanıb
# 23 aprel 2015 00:31 (UTC +04:00)

Bakı-APA. Göygöldə yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göygöl şəhərində "Mercedes" markalı həcmi 36 ton olan dizel daşıyan avtosisternin mühərriki yanıb.

Kabinə və avtosisternin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR