ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru MSK sədri ilə görüşüb

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru MSK sədri ilə görüşüb
# 08 aprel 2015 15:41 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Linkin başçılıq etdiyi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, MSK sədri rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əlaqələrinə hər zaman önəm verdiyini, bu münasibətlərin seçki praktikasının daha da təkmilləşdirilməsində əhəmiyyətli rol oynadığını, gələcəkdə də seçkilər sahəsində qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək niyyətində olduğunu bildirib.

ATƏT/DTİHB-nin direktoru qarşıdan gələn seçkilərlə bağlı görüləcək işlərlə maraqlanıb. M. Pənahov ölkəmizin seçki qanunvericiliyi, seçici siyahılarının dəqiqləşdirilməsi, seçki komissiyalarının fəaliyyət prinsipləri, eləcə də vətəndaşların seçki hüquqlarının təmin edilməsi üçün atılacaq addımlar və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib. Görüşdə həmçinin qurumlar arasındakı əməkdaşlıqdan əldə olunmuş təcrübə müzakirə edilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR