Bakı şəhər Baş Polis İdarəsi qətl barədə məlumat yayıb

Bakı şəhər Baş Polis İdarəsi qətl barədə məlumat yayıb
# 12 noyabr 2015 08:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı şəhər Baş Polis İdarəsi ötən gün baş vermiş qətl hadisəsi barədə məlumat yayıb.

İdarədən APA-ya verilən məlumata görə, noyabrın 11-də Bakının Qara Qarayev prospektində paytaxt sakini, 1996-cı il təvəllüdlü Elşən Nəsirov şəxsi münasibətlər zəminində əmisi oğlu, 1992-ci il təvəllüdlü Elnur Nəsirovu boğaz nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib və könüllü olaraq Nizami rayon 25-ci Polis Bölməsinə gələrək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR