Türkiyə vətəndaşına məxsus maşını qarət edən qrup üzvü tutulub

Türkiyə vətəndaşına məxsus maşını qarət edən qrup üzvü tutulub
# 29 oktyabr 2015 09:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda Türkiyə vətəndaşına məxsus maşından oğurluq edən qrupun digər üzvü tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xəzər rayon 2-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də Türkiyə vətəndaşı Şahin Adem Halitə məxsus “Volkswagen” markalı avtomobildən pul, maqnitofon və sənəd oğurlamış qrupun digər iştirakçısı - Bakı şəhər sakini Mahir Atakişiyev saxlanılıb.

Qeyd edək ki, qrupun digər üzvləri - Fəqan Əliyev və Tahir Atakişiyev oktyabrın 28-də polis əməkdaşları tərəfindən yaxalanıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR