MSK KXCP və Ümid Partiyası namizədlərinin şikayətlərini təmin etməyib

MSK KXCP və Ümid Partiyası namizədlərinin şikayətlərini təmin etməyib
# 16 noyabr 2015 22:55 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Noyabrın 16-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.

APA-nın xəbərinə görə, komissiyanın iclasında noyabrın 1-də Milli Məclisə (MM) keçirilən seçkilərlə bağlı quruma daxil olan şikayətlərə baxılıb. MSK üzvü Ramiz İbrahimov bildirib ki, 178 saylı Nərimanov-Nizami seçki dairəsindən namizədliyi irəli sürülmüş Ramin Hüseynov həmin dairə üzrə səsvermənin nəticələrinin ləğv olunmasını xahiş edib.

Şikayətçi tərəfindən qanunsuzluğu təsdiq edən sənədin təqdim edilmədiyi qeyd olunub və MSK şikayəti təmin etməyib.

Daha sonra 33 saylı Xətai 1-ci seçki dairəsindən namizədliyi qeydə alınmış Üzeyir Cəfərov və Ülkər Musazadənin, 11 saylı Qaradağ seçki dairəsindən KXCP-nin namizədi olmuş Bəybala Əbilin dairədə səsvermənin nəticələrinin etibarsız sayılması barədə şikayətlərinin əsassız sayılıb və DSK-ın qərarları qüvvədə saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR