Azərbaycan fond bazarında brokerlərin iyul ayı üçün renkinqi

Azərbaycan fond bazarında brokerlərin iyul ayı üçün renkinqi
# 14 avqust 2015 07:15 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin iyul ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə "Paşa Kapital" MMC başçılıq edib.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 77 mln. 076 min 382,86 manat olan broker xidmətləri göstərib.

İkinci yeri ümumi həcmi 29 mln. 713,434 min manat olan broker xidmətləri göstərmiş “AzFinance Invest” MMC şirkəti tutub. Renkinqdə üçüncü yerdə 10 mln. 606 min 653,12 manatla “Xalq Kapital” MMC qərarlaşıb.

Brokerlərin iyul ayı üçün renkinqi:

Xidmətlərin həcminə görə yeri

Brokerlər

Əməliyyatlarının həcmi (AZN)

1 - (1)

Paşa Kapital MMC

77 076 382.86

2 - (2)

AzFinance Invest MMC

29 713 434.03

3 - (11)

Xalq Kapital MMC

10 606 653.12

4 - (4)

Texnika Kapital Menecment MMC

10 432 683.44

5 - (5)

Unicapital ASC

6 599 339.33

6 - (6)

Standard Kapital MMC

4 231 164.58

7 - (3)

Brokdil-AZ MMC

3 533 934.50

8 - (7)

Çelsi Kapital MMC

12 223.92

9 - (-)

İNVEST-AZ MMC

800.00

(Iyul 2015) Renkinq repo əməliyyatlar istisna olmaqla dövlət və korporativ qiymətli kağızlar bazarı üzrə hesablanmışdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR