Oqtay Əsədov: “Azərbaycanın Avropa Parlamenti qarşısında öhdəliyi yoxdur”

Oqtay Əsədov: “Azərbaycanın Avropa Parlamenti qarşısında öhdəliyi yoxdur”
# 30 sentyabr 2014 09:54 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Milli Məclis Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etiraz olaraq sərt bəyanat verəcək. APA-nın məlumatına görə, bunu sədr Oqtay Əsədov MM-in bu gün keçirilən plenar iclasında deyib.

Avropa Parlamentində sentyabrın 18-də qəbul olunan qətnaməyə etiraz edən O. Əsədov bildirib ki, artıq bu qurumda Azərbaycana qarşı qətnamələrin qəbulu adət halını alıb və təşkilat eyni məzmunlu sayca 4 qətnamə qəbul edib. O qeyd edib ki, bu qətnamələrdən Azərbaycana qarşı qüvvələrin səyi ilə təzyiq metodu kimi istifadə edirlər: “Belə təzyiq metodları ilə Azərbaycana təsir etmək mümkün olmayacaq. Azərbaycanın AP qarşısında heç bir öhdəliyi yoxdur. Buna baxmayaraq, biz Avropa strukturları ilə əməkdaşlıq etmək istəsək də, bu təşkilatların ikili standartları bu əməkdaşlığın inkişafına ciddi maneçilik yaradır. Odur ki, biz bu məsələyə öz mövqeyimizi bildirməliyik. Hesab edirəm ki, biz Milli Məclis adından AP-nin qəbul etdiyi qətnaməyə etiraz olaraq bəyanat qəbul etməliyik. Bunun üçün komissiya yaradılıb. Əgər onlar bizimlə əməkdaşlıq etmək istəyirlərsə, ikili standartlara son qoymalıdırlar. Biz Avropa ilə əlaqələri inkişaf etdirmək üçün AVRONEST yaratdıq və təəssüflər olsun ki, AP Azərbaycanla əlaqələri inkişaf etdirmək əvəzinə, əks addımlar atır. Bəyanatda biz bildirməliyik ki, Avropanın bu təşkilatları ilə gələcəkdə işləməyin mənası var, ya yox”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR