ADU-nun müəllim və tələbələri mükafatlandırılıb - FOTO

ADU-nun müəllim və tələbələri mükafatlandırılıb - <span style="color: red;">FOTO
# 06 mart 2015 12:53 (UTC +04:00)

Bakı-APA. Martın 6-da Azərbaycan Dillər Universitetində universitetin Müəllim Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar Təşkilatı tərəfindən müəllim və tələbələrin mükafatlandırılma mərasimi keçirilib.

ADU-nun İctimaiyyətlə əlaqələr Departamentindən APA-ya verilən məlumata görə, İngilis dilinin fonetikası kafedrasının təşkilatçılığı ilə 2014-cü ilin dekabr ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Ən yaxşı tələffüz” müsabiqəsində qalib olan tələbə və müəllimlər – adıçəkilən kafedranın baş müəllimləri Gülnarə Səfərova, Gülnarə Rəhimova və müəllimi Günel Əmirquliyeva, o cümlədən Pedaqoji (ingilis dili-alman dili) fakültənin tələbələri Günel Allahverdiyeva, Leyla Əsgərzadə, və “Sabah”ın 201-2 saylı qrupunda təhsil alan Gülçin Baharova Müəllim Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar Təşkilatı tərəfindən pul mükafatına layiq görüldülər.

Bundan başqa, Təlimdə innovasiyalar kafedrasının nəzdində fəaliyyət göstərən Akademik yazı və oxu mərkəzinin təşəbbüsü ilə 15 dekabr 2014-cü ildə Pedaqoji, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültələrinin IV kurs tələbələri arasında keçirilən Esse müsabiqəsində “What benefit will European Games bring to Azerbaijan?” (Avropa Oyunları Azərbaycana nə kimi töhfələr verəcək?) mövzuda yazıları ilə qalib tələbələr - Pedaqoji fakültənin tələbələri Əminət Diqanayeva, Nərgiz Nəcəfli, Aytən Xəlilli, Araz İsmayılov, Nəzrin Məmmədova ADU-nun Tələbə Həmkarlar Təşkilatı tərəfindən pul mükafatına layiq görüldülər, Təlimdə innovasiyalar kafedrası tərəfindən isə “Akademik yazı üzrə bələdçi” adlı kitablar hədiyyə edildi və sertifikatlarla təltif olundular. Tədbirdə, eyni zamanda qalib tələbələrin müəllimləri – Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Nərminə Mönsümova, müəllimlər Nərminə İsayeva və Rəna Fərəcova Müəllim Həmkarlar İttifaqı Komitəsi tərəfindən pul mükafatına layiq görüldülər.

Həmçinin, “8 mart – Beynəlxalq Qadınlar günü” münasibətilə universitetdə çalışan 43 nəfər xanım əməkdaşları, o cümlədən 30-a yaxın tələbə qızlar universitetin ictimai həyatında göstərdikləri fəallığa görə universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun təşəkkürünə layiq görüldülər, 61 nəfər xanım əməkdaşlar, 10 nəfər tələbə qızlar da ADU Müəllim Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı tərəfindən pul mükafatı ilə təltif olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR