İsveçrə hökuməti "Azərpoçt"un rebrendinqinə yardım edəcək

İsveçrə hökuməti "Azərpoçt"un rebrendinqinə yardım edəcək
# 23 may 2015 09:36 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azərpoçt” MMC-nin pilot region üzrə yeni imicinin formalaşdırılması kampaniyasına başlanılır.

APA-Economics” “Azərpoçt” MMC-yə istinadən xəbər verir ki, Azərbaycan hökuməti maliyyə sektorunun modernləşdirilməsi (MSM) layihəsi çərçivəsində xərclərin qarşılanması məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb və bu vəsaitin bir hissəsini məsləhət xidmətlərinə sərf etmək niyyətindədir. Bu layihə üçün maliyyələşmə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) tərəfindən təmin olunub.

Həmin məsləhət xidmətlərinə 3 ay ərzində pilot region üzrə 7 poçt şöbəsi vasitəsilə “Azərpoçt”un yeni imicinin formalaşdırılması sahəsində texniki yardımın göstərilməsi daxildir.

Bu texniki yardım layihəsinin əsas məqsədi “Azərpoçt”un marketinq və satış strategiyasının tərkib hissəsi kimi onun brend strategiyasının yenidən müəyyənləşdirilməsinə kömək göstərilməsidir. Bununla əlaqədar, əhali arasında brend məlumatlılığı və “Azərpoçt”un xidmətləri haqda pilot region üzrə sorğunun keçiriləcək. Bundan başqa, layihə çərçivəsində 3 ay ərzində “Rebranding” kampaniyası hazırlanacaq və reallaşdırılacaq, bazar araşdırılması, marketinq strategiyası, bazar planlaşdırılması, kommunikasiya planlaşdırılması və media planlaşdırılması sahəsində “Azərpoçt”un potensialının daha gücləndirilməsinə istiqamətin verilməsi və dəstəyin gücləndirilməsi istiqamətində işlər görüləcək.

Layihənin məqsədlərinə və təqdim olunacaq sənədlərə daxildir:

- Brend təhlilinin aparılması və maliyyə xidmətlərinin göstərilməsində “Azərpoçt” MMC-nin pilot region üzrə hazırkı bazar mövqeyinin və bazar fəaliyyətinin qiymətləndirilməsinə dəstəyin göndərilməsi,

- Kommunikasiya üçün təfərrüatlı media planının hazırlanması,

- Şirvan pilot şəhərində kommunikasiya planı və media planlaşdırılmasının həyata keçirilməsi

Nəticələrə əsaslanaraq aşağıdakılar həyata keçirilməlidir:

- “Azərpoçt”un hazırkı marketinq planının nəzərdən keçirilməsi, satış, reklam üçün spesifik və ölçülə bilən meyarlar müəyyənləşdirməklə, “Azərpoçt”un marketinqinin gücləndirilməsi məqsədilə yenilənmiş strategiyanın hazırlanmasında dəstəyin göstərilməsi



- brendin formalaşdırılması və bazar mövqeyinin müəyyənləşdirilməsi üçün təzə və ya yenilənmiş konsepsiya kommunikasiyanın səmərəliliyinin qiymətləndirilməsinə imkan verən və obyektiv şəkildə yoxlanıla bilən göstəricilərin də əks olunduğu inteqrasiya edilən kommunikasiya planının hazırlanmasında “Azərpoçt”a dəstəyin göstərilməsi.



“Azərpoçt” məsləhət xidməti sahəsində təklif təqdim etmək hüququ olan məsləhətçi şirkətləri (məsləhətçilər) qeyd olunan xidmətləri göstərmək üçün maraq ifadələrini bildirməyə dəvət edir. Maraqlı olan məsləhətçilər bu xidmətləri göstərmək üçün tələb olunan ixtisas göstəriciləri və müvafiq təcrübəyə malik olduqlarını əks etdirən məlumatı təqdim etməlidirlər. Məsləhətçilər kampaniya ərzində ən azı 5 ay Azərbaycanda olmalıdırlar.


Maraq ifadələri yazılı şəkildə (şəxsən, poçtla, faksla və ya e-poçt vasitəsilə iyunun 8-dək təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR